logo
"Azəriqaz” bayram günlərində necə çalışacaq?

"Azəriqaz” bayram günlərində necə çalışacaq?

"Azəriqaz” bayram günlərində necə çalışacaq? "Azəriqaz” bayram günlərində necə çalışacaq?

"Azəriqaz" İB Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Birliyin Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 27.05.2026 - 31.05.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt RQİİ-lərin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində abonentlərə xidmət göstərəcəklər.

Həmçinin Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.

30.05.2026-cı il tarixində "ASAN Kommunal",  30-31.05.2026-cı il tarixlərində "ASAN xidmət" mərkəzləri vətəndaşlara xidmət göstərəcək.

Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinə məlumat versinlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media