https://innews.media/uploads/news/2026-05/_innews_66fdf70034fa5e02b30f18135_o.jpg
Bakı-İstanbul Liseyində şagirdlərin estetik dünya görüşünün formalaşması, onların yaradıcılıq potensialının üzə çıxarılması və təsviri sənətə olan marağının artması məqsədilə mütəmadi olaraq mədəniyyət və incəsənət yönümlü layihələr həyata keçirilir. Bu layihələrdən biri də 23 may tarixində Muzey Mərkəzinin dairəvi zalında keçirilən “Təbiətin fırça izi” adlı rəsm sərgisidir.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı İstanbul Liseyinin dəstəyilə ərsəyə gələrək böyük marağa səbəb olmuşdur.
Sərgidə 60-dan çox müxtəlif ölçü və texnikalarda rəsm əsəri və vitraj nümunələri sənətsevərlərə təqdim olundu.
Təbiətin ecazkar gözəlliyindən ilhamlanaraq yaranan hər bir əsər uşaqların daxili aləminin aynasına çevrilmişdir.
Təşkilatçısı gənc rəssam, müəllim Aslanova Reyhan olan sərgidə açılış nitqindən sonra himnimiz səsləndi. Tədbirdə ilk olaraq Azərbaycan Respublilasının Xalq Rəssamı, professor, şöhrət ordenli Arif Hüseynov çıxəş edərək sərginin mahiyyətindən söhbət açdı. Daha sonra isə Bakı-İstanbul Liseyinin direktoru Səmayə Turabxanlı çıxış etdi. O, sərginin tkilində əməyi oaln hərkəsə təkkürünü bildirdi. Daha sonra, tədbirin davamında Azərbaycan Dövlət Rəsm Qalereyasının Böyük Elmi İşçisi, Sənətşünas Ziyarət Qəhrəmanova sərginin uşaqlar üçün necə önəmli olduğunu, uşaqların estetiq zövqünün və bu sahəyə olan həvəsinjn daha da artdığını vurğuladı. Bakı-İstanbul Liseyinin təşkilati işlər üzrə direktor müavini Vüsalə Əliyeva çıxış edərək bütün müəllim və şagird heyyətinə təşəkkür və minnətdarlıgını bildirdi. Sonda söz tədbir-sərginin təşkilatçısı Reyhan Aslanovaya verildi. O, kiçik rəssamların qəlbindəki işığın təbiətdəki gözəlliklərlə vəhdətdə ərsəyə gətirdikləri əsərlərin təqdim olunmasından söhbət açaraq bütün əməyi olan hər kəsə, xüsusilə Mədəniyyət Nazirliyi, Muzey Mərkəzi və Bakı-İstanbul Liseyinin idarə heyyətinə öz təşəkkürlərini bildirdi. Tədbirin davamı uşaqlqrın rəqs tamaşası ilə davam etdi. Sonda bütün müəllimlər, uşaqlarvə könüllü heyyət sertifikatla təltif olundu. Sərgi açıq elan olundu.














Ən son xəbərləri səhifəmizdən də izləyin