logo
Vüsal Hüseynov: Miqrasiyanın müsbət təsirləri düzgün şəhər idarəçiliyi ilə mümkündür

Vüsal Hüseynov: Miqrasiyanın müsbət təsirləri düzgün şəhər idarəçiliyi ilə mümkündür

Vüsal Hüseynov: Miqrasiyanın müsbət təsirləri düzgün şəhər idarəçiliyi ilə mümkündür Vüsal Hüseynov: Miqrasiyanın müsbət təsirləri düzgün şəhər idarəçiliyi ilə mümkündür

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal inkişaf gündəliyinə verdiyi töhfələrin daha bir göstəricisi kimi qiymətləndirilib.

“innews media” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, forum çərçivəsində əsas diqqət çəkən istiqamətlərdən biri “miqrasiya və şəhərlər” mövzusu olub. V.Hüseynov qeyd edib ki, bu istiqamətdə keçirilən yüksəksəviyyəli tədbirdə bugünkü müzakirələrin iki həftə əvvəl Birləşmiş Millətlər Təşkilatı-nın Nyu-Yorkdakı qərargahında keçirilmiş Beynəlxalq Miqrasiya İcmalı Forumunun davamı xarakteri daşıdığı vurğulanıb.

DMX rəisi bildirib ki, dünyada miqrasiya prosesləri sürətlə artır və 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır.

O qeyd edib ki, miqrasiya prosesləri ən çox şəhərlərdə özünü göstərir və bu proseslərin müsbət təsirləri yalnız düzgün şəhər idarəçiliyi vasitəsilə əldə oluna bilər.

V.Hüseynov əlavə edib ki, bu tədbirin gələcəkdə də davam etdirilməsi planlaşdırılır və beynəlxalq şəhərsalma platformalarında miqrasiya məsələlərinin daim diqqətdə saxlanılmasına çalışılacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media