logo
"Yanğından yaşıllığa" kampaniyası çərçivəsində növbəti meşəbərpa tədbiri baş tutub

"Yanğından yaşıllığa" kampaniyası çərçivəsində növbəti meşəbərpa tədbiri baş tutub

"Yanğından yaşıllığa" kampaniyası çərçivəsində növbəti meşəbərpa tədbiri baş tutub "Yanğından yaşıllığa" kampaniyası çərçivəsində növbəti meşəbərpa tədbiri baş tutub

“Yanğından yaşıllığa” kampaniyası çərçivəsində ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir.

Bu gün, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yanğından yaşıllığa” kampaniyası çərçivəsində növbəti meşəbərpa tədbiri baş tutub.

Bu səfər, Quba rayonunun yanğına məruz qalmış meşə fondunun 3 hektar sahəsində 350 kiloqram toxum səpilib.

IDEA İctimai Birliyi və ETSN-in birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya zamanı meşə fondu torpaqlarının yanğına məruz qalmış ərazilərində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun, meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya kimi müxtəlif cinsli ağacların əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media