https://innews.media/uploads/news/2026-05/_innews_1880c3f2d1ac10b96cf5c6af3_o.jpg
Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə pərəstişkarlarını sevindirib.
"innews media" xəbər verir ki, pop ulduz yeni musiqili layihəsini təqdim edib. “Yenidən başlayaq” adlanan mahnının musiqisi Xalq artistinin özünə sözləri isə Zaur Zeynalova məxsusdur. Mahnıda klarnet parçasını Pərviz Əlikramoğlu ifa edib. Layihənin miks və masterinqi Emin Karima aiddir.
Şou-biznesin əfsanəsi Tünzalə Ağayeva yeni mahnı üçün klip də çəkdirib. Səmimi ab-havada lentə alınan görüntüləri rejissor Pərviz Əzim-zadə həyata keçirib.
Klipdə Tünzalə Ağayevanın imici xüsusi maraqla qarşılanılıb. Saç və makiyaj stilist Sabir Bağırova məxsusdur, geyimlər isə dünyaca məşhur dizayner Orxan Sultan imzası daşıyır.
Layihənin direktoru Yalçın Cabbarovdur.
Qeyd edək ki, “Yenidən başlayaq” artıq bütün musiqi və rəqəmsal platformalarda yayımlanır.