https://innews.media/uploads/news/2026-05/_innews_fd766b2fa46681511493f3c16_o.jpg
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyada Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik ilə görüş keçirib.
Görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Sonda nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb. Sənəd dayanıqlı nəqliyyatın inkişafına, rəqəmsallaşmaya və Orta Dəhliz üzrə əməkdaşlığın güclənməsinə töhfə verəcək.