https://innews.media/uploads/news/2026-05/_innews_f509e67e7f4ded8e6f7990870_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə təhsil alan tələbələri British Council tərəfindən ingilis dili müəllimlərinin davamlı peşəkar inkişafını dəstəkləmək məqsədilə keçirilən Onlayn Müəllim İcması (OTC) beynəlxalq proqramında uğurla iştirak ediblər. Belə ki, fakültənin 28 tələbəsi proqramı uğurla başa vuraraq müvəffəqiyyət sertifikatı əldə ediblər. Bu tələbələrdən 20 nəfəri III, 8 nəfəri isə IV tədris ili tələbələridir.
Mayın 5-də ADPU-nun rektoru professor Cəfər Cəfərov və Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova tələbələrə sertifikatları təqdim ediblər. Tədbirdə həmçinin ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, müəllim və tələbələr iştirak ediblər.
Qeyd edək ki, British Council 4 ildir ki, Elm və Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun əməkdaşlığı ilə ingilis dili müəllimlərinin davamlı peşəkar inkişafını dəstəkləmək məqsədilə Onlayn Müəllim İcması (OTC) adlı layihə həyata keçirir. Azərbaycanda 4 il ərzində Bakı və region məktəblərindən 6000-dən artıq müəlllim proqramda iştirak etmişdir. 2026-ci ildə proqramın formatı bir qədər dəyişdirilərək tələbələrə uyğunlaşdırılmışdır.