https://innews.media/uploads/news/2026-05/_innews_099e2eefcb41bfbcb8d48ce0f_o.jpg
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaq hüquqlarının müdafiəsi sahəsində rolu mövzusunda Bakı Biznes Universitetinin “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələri üçün maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı məruzəçi qismində çıxış edərək, Ombudsmanın mandatı, uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyət, uşaq hüquqları sahəsində mövcud milli və beynəlxalq hüquqi mexanizmlər və qanunvericilik aktları, eləcə də uşaqların hüquqlarının təmin olunmasının əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verib.
Bununla yanaşı, Ombudsmana ünvanlanan müraciətlərin araşdırılması, monitorinqlərin keçirilməsi, pozulmuş insan hüquq və azadlıqlarının bərpası istiqamətində görülən işlər barədə məlumat tələbələrin diqqətinə çatdırılıb.
Ümumilikdə 100 nəfərdən artıq tələbənin faydalandığı maarifləndirmə tədbirində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.