logo
BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

Bakı Dövlət Universitetinin (BDU) Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun universitetin professor-müəllim heyəti üçün “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlimi keçirilib.

Təlimin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) akademik heyətin fəaliyyətinə sistemli və davamlı şəkildə inteqrasiyasını təşviq etmək, tədris proqramlarını və elmi-tədqiqat fəaliyyətlərini qlobal dayanıqlılıq prioritetlərinə uyğunlaşdırmaq olub.

Təlim çərçivəsində DİM-in ali təhsil sistemində strateji əhəmiyyəti, ali təhsil müəssisələrinin uzunmüddətli inkişaf strategiyalarında rolu, multidissiplinar yanaşmaların təşviqi, eləcə də tədqiqat fəaliyyətində dayanıqlılıq prinsiplərinin tətbiqi istiqamətində təqdimat həyata keçirilib.

Eyni zamanda, qabaqcıl beynəlxalq ali təhsil təcrübələri əsasında DİM-in universitetlərin idarəetmə, tədris, tədqiqat və ictimai təsir fəaliyyətlərinə inteqrasiyasının effektiv mexanizmləri müzakirə olunub, iştirakçılarla interaktiv fikir mübadiləsi aparılıb.

Bakı Dövlət Universiteti dayanıqlı inkişaf prinsiplərinin universitet idarəçiliyi, təhsil, tədqiqat və ictimai fəaliyyət sahələrində tətbiqini strateji prioritetlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə institusional potensialın gücləndirilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Sözügedən təşəbbüslər Universitetin beynəlxalq dayanıqlılıq standartlarına uyğun inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi olmaqla, BDU-da keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə və dayanıqlı inkişaf mədəniyyətinin daha da gücləndirilməsinə xidmət edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin