logo
Şuşada böyük ədəbi layihə: Çəmənzəminlinin çap olunmamış irsi üzə çıxarılır

Şuşada böyük ədəbi layihə: Çəmənzəminlinin çap olunmamış irsi üzə çıxarılır

Şuşada böyük ədəbi layihə: Çəmənzəminlinin çap olunmamış irsi üzə çıxarılır Şuşada böyük ədəbi layihə: Çəmənzəminlinin çap olunmamış irsi üzə çıxarılır

1 may 2026-cı il tarixindən etibarən “Məxəz” Milli İrs Araşdırmaları İctimai Birliyi QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsinin qalibi olan “Şuşa ziyalıları: Yusif Vəzir Çəmənzəminli irsinin tədqiqinə dair nəşrin hazırlanması” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi XX əsr Azərbaycan ədəbiyyatının parlaq siması, görkəmli ictimai xadim, yazıçı və azərbaycanşünas alim Yusif Vəzir Çəmənzəminlinin zəngin elmi-ədəbi və ictimai-siyasi irsinin araşdırılması, arxivlərdə qorunan və əvvəllər çap olunmamış materialların toplanaraq tədqiq edilməsi, sistemləşdirilməsi və elmi-ədəbi ictimaiyyətə təqdim olunmasıdır.

Nəşr ediləcək bu kitab Azərbaycan ədəbiyyatı və elm tarixinə böyük dühalar vermiş Şuşanın görkəmli simalarından biri olan Yusif Vəzir Çəmənzəminlinin əvvəlki nəşrlərdə (üçcildliklərində) çap olunmamış əsərlərini - məqalə və felyetonlarını əks etdirəcək, arxiv materialları, sənədlər, yeni məlumat və tapıntılar elmi-ədəbi ictimaiyyətə təqdim ediləcəkdir. Ölkənin əsas kitabxanalarına paylanacaq, o cümlədən xarici (türkdilli) ölkələrin kitabxanalarına göndəriləcək yeni kitabın təqdimat mərasimi bu ilin iyul ayında Şuşada Y.V.Çəmənzəminlinin dağıdılmış evində - açıq səma altında keçiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin