logo
ADPU-da tələbələrarası voleybol turniri yekunlaşıb

ADPU-da tələbələrarası voleybol turniri yekunlaşıb

ADPU-da tələbələrarası voleybol turniri yekunlaşıb ADPU-da tələbələrarası voleybol turniri yekunlaşıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) daxilində fəaliyyət göstərən İdman klubunun təşkilatçılığı ilə ADPU-nun yaradılmasının 105 illiyi münasibətilə  “Yubiley 105” idman turniri çərçivəsində tələbələrarası voleybol turniri keçirilib. Yarışda universitetin müxtəlif fakültələrini təmsil edən komandalar iştirak ediblər.

Turnirin birinci günündə qızlar arasında keçirilən oyunlar gərgin mübarizə şəraitində keçib. Yekunda Riyaziyyat fakültəsinin komandası yarışın qalibi adını qazanıb. Filologiya fakültəsinin komandası II, İbtidai təhsil fakültəsinin komandası III pillənin sahibi olub.

Turnirin ikinci günündə oğlanlardan ibarət komandalar mübarizəyə qoşulub. Maraqlı mübarizə ilə yadda qalan oyunların sonunda final görüşündə Riyaziyyat fakültəsinin komandası İncəsənət və fiziki tərbiyə fakültəsinin komandasını məğlub edərək turnirin qalibi olub. Tarix və coğrafiya fakültəsinin komandası III pillədə qərarlaşıb.

Sonda qalib komandalar diplom, kubok və medallarla mükafatlandırılıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin