https://innews.media/uploads/news/2026-05/_innews_942dee72e1e41edc8877ba406_o.jpg
5 may 2016-cı il tarixində İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncama əsasən təsis edilən “Xalçaçı Günü” ölkədə xalçaçılıq sənətinin daşıyıcılarına göstərilən yüksək ehtiramın ifadəsi kimi qeyd olunur.
Bu əlamətdar gün münasibətilə xalçaçılar təbrik olunur, onların Azərbaycan mədəni irsinin qorunması və inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilir.
Tədbirlər çərçivəsində Azərxalça ASC-nin kollektivi İdarə Heyətinin sədri Emin Məmmədov rəhbərliyi ilə Fəxri Xiyaban ziyarət edilib.
Kollektiv burada Azərbaycan dövlətinin qurucusu və mədəniyyətin görkəmli himayədarı Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, onun xalçaçılıq sənətinin inkişafına göstərdiyi müstəsna xidmətləri minnətdarlıqla anıb.