https://innews.media/uploads/news/2026-05/_innews_82a2bda70f20958a4a80abf1b_o.jpg
Kupon Booking tərəfindən təşkil olunan gecədə reper ilk dəfə 1 may tarixində Hayal Kahvesi Baku-da səhnəyə çıxıb. Konsertdə izdiham yaşanıb, zal tam dolu olub, hətta yer tapmaq mümkün olmayıb.
Səhnədən pərəstişkarlarına müraciət edən sənətçi Bakını çox sevdiyini bildirib və bu sevginin qarşılıqlı olduğunu hiss etdiyini vurğulayıb. Canlı ifalar və hit mahnılarla yadda qalan gecə iştirakçılar üçün unudulmaz anlara çevrilib.
Sevilən mahnılarını səsləndirən Ati242 ilə tamaşaçılar birlikdə oxuyub, zal boyu vahid enerji və ritm hiss olunub.