https://innews.media/uploads/news/2026-05/_innews_b4cec2278937357cf6f6f5d3e_o.jpg
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası baş tutub. İclasda təşkilati məsələlər, komissiyaların formalaşdırılması və bir sıra mühüm qərarlar müzakirə edilib.
İclası giriş sözü ilə açan AQC İdarə Heyətinin sədri Vüqar Oruc Cəmiyyətin son dövrlərdəki fəaliyyəti və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib. Sədr qiymətləndirmə sahəsində peşəkarlığın artırılmasının və beynəlxalq standartların tətbiqinin vacibliyini vurğulayıb.
İclasın gündəliyinə uyğun olaraq, AQC yanında yaradılmış yeni komissiyaların tərkibi səsverməyə çıxarılaraq təsdiq edilib.
Tədbirdə həmçinin Elmi-Metodoloji Şuranın iclasının nəticələri barədə məlumat verilib. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən AQC-yə müraciət və imtahan proqramının tərtib edilməsinin istənilməsi müzakirə edilib.
İclasın sonunda AQC üzvləri üçün hazırlanmış yeni nümunəli üzvlük vəsiqələrinin təqdimatı keçirilib. Vüqar Oruc yeni vəsiqələri üzvlərə təqdim edib. İclas cari məsələlərin müzakirəsi və gələcək planların müəyyənləşdirilməsi ilə yekunlaşıb.