logo
Bakıda FIVB Level 1 beynəlxalq voleybol seminarı keçiriləcək

Bakıda FIVB Level 1 beynəlxalq voleybol seminarı keçiriləcək

Bakıda FIVB Level 1 beynəlxalq voleybol seminarı keçiriləcək Bakıda FIVB Level 1 beynəlxalq voleybol seminarı keçiriləcək

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar keçiriləcək. Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level 1 seminarı 1-5 iyul tarixlərində Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən təşkil olunacaq. Seminara FIVB-nin məşqçi-instruktoru, serbiyalı mütəxəssis Dejan Vulicevic rəhbərlik edəcək.

FIVB-nin müəyyən etdiyi şərtlərə əsasən, seminarda yaşı 18-dən yuxarı olan və milli federasiyalar tərəfindən tövsiyə edilən mütəxəssislər iştirak edə bilərlər. Namizədlər ingilis dilini bilməli, həmçinin sağlamlıq vəziyyəti, fiziki hazırlıq səviyyəsi və məşqçilik bacarıqları kimi tələblərə cavab verməlidirlər.

Tələblər:

- Milli federasiyanın məşqçi sertifikatı

- Aktiv məşqçilik təcrübəsi

- Şəkilli CV

- Milli federasiyadan təqdimat məktubu

- Pasportun surəti

- Faktura məlumatları və köynək ölçüsü

Xahiş olunur ki, bütün sənədlər 31 may 2026-cı il tarixinədək qeyd olunan e-mail ünvanına göndərilsin - nargiza.ismayilova@gmail.com

Əlaqə nömrəsi: +994 77 575 08 69

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin