logo
Azərbaycan atçısı Daşkənddə keçirilən “Mantena” Kubokunda uğurla çıxış edib

Azərbaycan atçısı Daşkənddə keçirilən “Mantena” Kubokunda uğurla çıxış edib

Azərbaycan atçısı Daşkənddə keçirilən “Mantena” Kubokunda uğurla çıxış edib Azərbaycan atçısı Daşkənddə keçirilən “Mantena” Kubokunda uğurla çıxış edib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə, “Elite” Atçılıq Klubunun yetirməsi Anar Hümbətov Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş konkur üzrə “Mantena” Kuboku turnirində iştirak edib.

Beynəlxalq Atçılıq Federasiyasının təqvim planına daxil olan bu turnirdə idmançımız “Aqat” ləqəbli atla 110 sm hündürlükdə maneələrin dəf edilməsi üzrə yarışlarda 5-ci, 115 sm hündürlükdə maneələrin dəf edilməsi üzrə yarışlarda isə 6-cı yeri tutub.

Əlavə edək ki, turnirdə 9 ölkəni təmsil edən 10 idmançı mübarizə aparıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin