https://innews.media/uploads/news/2026-05/_innews_37f3e7bf33e3bd1a888197a26_o.jpg
01 May 2026-cı il tarixində Lənkəran Dövlət Dram Teatrında Quruluşçu rejissor Günay Səlimsoyun “Gülşən və Küpəgirən qarı” tamaşasının premyerası keçirilmişdir.
Quruluşçu rejissor: Günay Səlimsoy
Quruluşçu rəssam: Fuad Babazadə
Rəssam: Güli Süleymanlı
Musiqi tərtibatı: Zəminə Əliyeva
Rejissor köməkçisi: Nuranə Nəcəfova
Tamaşada rolları ifa edirdilər:
Qızılgül Quliyeva, Şəbnəm Hüseynova (Nənə)
Məleykə Cəfərova, Günel Bağırova (Gülşən)
Ayşən Əsədova, Vəfa Hacızadə (Küpəgirən) Aysel Babazadə, Gülər Kərimova (Aybəniz)
Teymur Hacızadə, Səyad Əliyev (Elşən) Cəfər Səlimov, Elvin Məmmədov (Sənan)
Gülşənin dostları ilə meşəyə getməsi, nənəsinin xəbərdarlığına baxmayaraq təhlükə ilə üzləşməsi və Küpəgirən qarının hiyləsinə düşməsi tamaşanın əsas xəttini təşkil edir.
Dostluq, cəsarət və birlik sayəsində uşaqlar Gülşəni xilas etmək üçün mübarizə aparır. Tamaşa xeyirin şər üzərində qələbəsini və böyüklərin sözünə qulaq asmağın vacibliyini vurğulayır.
Əsər öz dinamik süjeti, maraqlı səhnə həlli və tərbiyəvi məzmunu ilə seçilir.