https://innews.media/uploads/news/2026-05/_innews_c9a489d87f99c49084fc0bb4c_o.jpg
Yarışın ikinci günündə böyüklər yaş kateqoriyasında gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər üzrə çıxışlarını təqdim ediblər. Bu kateqoriyada top və halqa üzrə mükafatlandırma mərasimi keçirilib.
Topla proqramda 1-ci yeri Arina Kovşova (AIN 2), 2-ci yeri Sofiya Rafaelli (İtaliya), 3-cü yeri isə Vera Tuqolukova (Kipr) tutub. Halqa ilə proqramda isə 1-ci yerə Taisiya Onofriçuk (Ukrayna), 2-ci yerə Arina Kovşova (AIN 2), 3-cü yerə Darya Viareniç (AIN 1) layiq görülüb.
Həmçinin gənclər yaş kateqoriyasında komandalar arasında çarpaz qarşılaşmalar keçirilib. 1/4 final mərhələsində AIN 2 – Azərbaycan, AIN 1 – Türkiyə, İsrail – Ukrayna və Gürcüstan – Bolqarıstan komandaları üz-üzə gəliblər.
Finalda AIN 2 komandası 1-ci yeri, Bolqarıstan 2-ci yeri, İsrail isə 3-cü yeri tutub.
Yarış sabah böyüklər yaş kateqoriyasında təsnifat mərhələsi ilə davam edəcək.