https://innews.media/uploads/news/2026-05/_innews_fdfca27099604a7005d188cb8_o.jpg
Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev Kəpəz PFK Akademiyasına baş çəkib.
Görüşdə klub rəsmiləri, məşqçilər heyəti və futbolçular iştirak ediblər. Əvvəlcə qonağa Akademiyanın infrastrukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib, mövcud şəraitlə yaxından tanışlıq imkanı yaradılıb.
Daha sonra Teymur Hacıyev komanda üzvləri ilə görüşərək onlarla səmimi söhbət aparıb. O, futbolçulara qarşıdakı oyunlarda uğurlar arzulayıb, həm idmanda, həm də şəxsi həyatlarında müvəffəqiyyətlər diləyib.
Polis general-mayoru çıxışında “Kəpəz” klubuna daim dəstək göstərdiyini vurğulayıb.