logo
ADPU nümayəndələri şəhid məzunun övladının doğum günündə iştirak ediblər

ADPU nümayəndələri şəhid məzunun övladının doğum günündə iştirak ediblər

ADPU nümayəndələri şəhid məzunun övladının doğum günündə iştirak ediblər ADPU nümayəndələri şəhid məzunun övladının doğum günündə iştirak ediblər

Aprelin 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova və fakültənin müəllim-tələbə heyəti Vətən müharibəsi şəhidi, fakültənin məzunu leytenant Əli Ələsovun övladı, fakültənin mənəvi himayəsinə götürdüyü Əlinin doğum günündə iştirak ediblər. Onlar balaca Əlini təbrik edib, ona xoş arzularını çatdıraraq vətəninə və ailəsinə, atasının adına layiqli övlad kimi böyüməsini arzulayıblar.

Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı Əli Ələsov 1995-ci il yanvarın 8-də Goranboy rayonunun Tatarlı kəndində anadan olub.

2012-ci ildə Azərbaycan Dövlət Müəllimlər İnstitutunun təhsildə sosial-psixoloji xidmət ixtisasına qəbul olunmuş, 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetindən həmin ixtisas üzrə məzun olmuşdur.

Əli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub.

“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “III dərəcəli Vətənə xidmətlərə görə” medalları ilə təltif edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin