https://innews.media/uploads/news/2026-04/_innews_ea48f32951bdc1ea954d27800_o.jpg
29 aprel 2026-cı il tarixində teatrımız M.Əliyevin “Kölgəli üz” tamaşası ilə Lerik rayonunda çıxış edib. Tamaşanın quruluşçu rejissoru Emil Əskərovdur.
Tamaşadan öncə Teatrın Kommunikasiya və Strategiya şöbəsinin müdiri Namiq Ağayev, teatrın direktoru Laləzar xanım Hüseynovanın adından tamaşaçıları salamlayaraq göstərilən diqqət və yaradılan şəraitə görə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasova minnətdarlığını bildirib.
Tamaşa Lerik tamaşaçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.
Sonda Lerik Rayon İcra Hakimiyyətinin nümayəndəsi Habil müəllim kollektivimizin çıxışını yüksək qiymətləndirərək təşəkkürünü ifadə edib.