logo
“Ritm X”: ADPU-da Rəqs Gününə həsr edilmiş tədbir

“Ritm X”: ADPU-da Rəqs Gününə həsr edilmiş tədbir

“Ritm X”: ADPU-da Rəqs Gününə həsr edilmiş tədbir “Ritm X”: ADPU-da Rəqs Gününə həsr edilmiş tədbir

27 Aprel – Beynəlxalq Rəqs Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə “Ritm X” adlı bədii-musiqili tədbir keçirilib. 

Açılış nitqi ilə çıxış edən ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin sədri Aydan Süleymanlı bildirib ki, rəqs mədəniyyətin və milli kimliyin ifadəsində mühüm rol oynayır, eyni zamanda gənclərin yaradıcılıq potensialının inkişafına böyük töhfə verir. 

Böyük maraqla qarşılanan tədbirin bədii hissəsində tələbələr tərəfindən Azərbaycan milli rəqsləri və müxtəlif xalqların rəqs nümunələrindən ibarət kompozisiyalar təqdim edilib, unudulmaz filmlərimizdən səhnəciklər nümayiş olunub.

Tədbirin qonaqları – Zəminə Rəhimova, Adnan Əmirli, Aktilek Uteeva və Əli Əliyev öz çıxışları ilə tədbirə rəng qatıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin