https://innews.media/uploads/news/2026-04/_innews_32b56849ed68442f2fc087685_o.jpg
20–24 aprel tarixlərində Qazaxıstanın Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin müəllimləri müəssisələrarası əməkdaşlıq müqaviləsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) akademik mübadilə proqramında iştirak ediblər.
Səfər çərçivəsində universitetin dosentləri Bussurmanova Akkenzhe və Aimova Murshida ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavinləri dosent Bəsti Əsədova və dosent Kərim Quliyev tərəfindən qəbul olunublar. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlıq əlaqələri, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək perspektivlər ətrafında müzakirələr aparılıb.
Qonaqlar fakültənin tədris və elmi fəaliyyəti ilə yaxından tanış olub, laboratoriyalarda həyata keçirilən tədqiqat işləri, müasir avadanlıqlar və praktik məşğələlərin təşkili barədə ətraflı məlumat əldə ediblər.
Eyni zamanda, qonaq müəllimlər “Məktəb kimya kursunda məsələlərin həlli”, “Qeyri-üzvi və üzvi kimyanın tədrisi metodikası” və “Qeyri-üzvi və üzvi kimya-1” fənləri üzrə rus bölməsində dərslər keçib, tədris prosesini müşahidə edərək professor-müəllim və tələbə heyəti ilə fikir mübadiləsi aparıblar.