logo
Vəkillər Kollegiyasının sədri yubilyar vəkili ziyarət edib

Vəkillər Kollegiyasının sədri yubilyar vəkili ziyarət edib

Vəkillər Kollegiyasının sədri yubilyar vəkili ziyarət edib Vəkillər Kollegiyasının sədri yubilyar vəkili ziyarət edib

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvü, uzun illər vəkillik fəaliyyəti ilə məşğul olan Fazil Məmmədovun 85 illik yubileyi qeyd olunur.

Yubiley münasibətilə VK sədri Anar Bağırov veteran vəkili ziyarət edərək onu səmimi-qəlbdən təbrik edib, uzun illər ərzində vəkillik sahəsində göstərdiyi xidmətləri yüksək qiymətləndirib. Sədr yubilyara möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayıb.

Görüş zamanı Fazil Məmmədov vəkillik fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, peşə yolunda qazandığı təcrübə və qarşılaşdığı maraqlı məqamlardan söz açıb, sonda xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Fazil Məmmədov 1980-ci ildən etibarən vəkillik fəaliyyəti ilə məşğul olur və hazırda Bakı şəhəri 4 saylı Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin