logo
Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib

Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib

Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib

Aprelin 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib.

 İclası açan komitə sədri Zahid Oruc gündəliyə bir məsələnin- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini söyləyib.

Məsələ barədə məlumat verən komitə sədri bildirib ki, qanun layihəsində edilən dəyişikliklərin əsas məqsədi elektron hökumət mexanizmlərinin hüquqi əsaslarını daha da təkmilləşdirmək, dövlət idarəçiliyində operativliyi və səmərəliliyi artırmaqdır. Layihə vətəndaş müraciətlərinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən daha çevik və şəffaf idarə olunmasını, xidmət keyfiyyətinin yüksəldilməsini və rəqəmsallaşma prosesinin gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda, qanun layihəsində edilən dəyişikliklər təkrar xarakterli müddəaların aradan qaldırılmasına və prosedurların optimallaşdırılması ilə dövlət tənzimlənməsinin daha effektiv həyata keçirilməsinə xidmət edəcək.

Müzakirələrdə komitənin üzvləri Naqif Həmzəyev, Azər Allahverənov, Hikmət Məmmədov, Mübariz Qurbanlı, Vüqar Rəhimzadə, Sevil Mikayılova və Elman Nəsirov çıxış edərək qanun layihəsinə dair fikirlərini səsləndiriblər, qeyd və təkliflərini irəli sürüblər.

Müzakirələrdən sonra onlayn iclasın gündəliyində olan qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Tədbirdə komitənin sədr müavini Arzuxan Əli-zadə, komitənin üzvləri Tural Gəncəliyev, Razi Nurullayev, Səyyad Aran, Mircəlil Qasımlı, İmamverdi İsmayılov, Bəhruz Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin