https://innews.media/uploads/news/2026-04/_innews_4fd6aa745ea4afccc46b12ba8_o.jpg
Türkiyənin İstanbul şəhərində (WSF – World Shotokan Federation) versiyası üzrə Şotokan karate üzrə 16-cı Dünya Çempionatı keçirilib. Aprelin 24-dən 26-dək davam edən yarışda 17 ölkədən idmançılar müxtəlif yaş və çəki dərəcələrində mübarizə aparıblar.
Azərbaycan idmançıları turnirdə uğurla çıxış edərək bir sıra medallar qazanıblar.
Böyüklər arasında veteranların U-45 kateqoriyasında açıq çəki dərəcəsində çıxış edən Əliyev Elnur bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. 18 yaşdan yuxarı idmançıların +75 kq çəki dərəcəsində isə Məmmədov Ülvi bürünc medala sahib olub.
Gənclər arasında (14–15 yaş) +54 kq çəki dərəcəsində mübarizə aparan Suri Məmmədzadə gümüş medal əldə edib.
Uşaqların yarışında Fərhad Cəfərov (6–7 yaş, -25 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıb. Cəbrayıl Cavadov isə (8–9 yaş, -35 kq) gümüş medala layiq görülüb.
Bundan əlavə, gənclər və U-14 yaş kateqoriyaları üzrə komanda döyüşlərində Nicat Bilalov, Əsədullazadə Əli, Cavad Cəfərov və Mikayıl İsmayılovdan ibarət heyət gümüş medal qazanıb.
Qeyd edək ki, idmançılar məşqçi Namiq Pirverdiyevin rəhbərliyi altında bu uğura imza atıblar.