https://innews.media/uploads/news/2026-04/_innews_0025ed4815e22ebf036e422f1_o.jpg
Sevilən sənətçi, bəstəkar və müğənni Amir Paşayev dinləyicilərinə yeni işi – “Fırlatdım atdım” adlı mahnısını təqdim edib. Müasir musiqi üslubu və emosional mətn xətti ilə seçilən bu layihə, keçmiş münasibətlərin təsirindən tam qurtulmadan belə, həyatda yeni səhifə açmağın mümkünlüyündən bəhs edir. Mahnı, şəxsi transformasiya və daxili güc mövzusunu ön plana çıxararaq dinləyiciyə həm emosional, həm də motivasiyaedici mesaj ötürür.
“Fırlatdım atdım” musiqisi və sözləri YAP10 kimi tanınan Zamiq Əliyevə məxsusdur. Layihənin rejissoru Fərhad Əli olub. İfaçı prodüser kimi Fidan Muradova çıxış edib. Mahnının səs keyfiyyəti isə peşəkar yanaşma ilə Ramin Əli Vəlibəyov tərəfindən miks və master edilib.
Vizual üslub və imic üzərində Mojiboo (Nigar Kəlbiyeva) və Hüseyn İrzayev çalışıb. Saç stilisti İlaha Kərimova, xoreoqrafiya isə Tanvirakhon Khodjaevaya aiddir. Layihənin musiqi prodüseri və ümumi rəhbəri İsa Məlikovdur.
Qeyd edək ki, “Fırlatdım atdım” mahnısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Yaradıcı Azərbaycan” layihəsinin tədbirlər planı çərçivəsində təşkil olunmuş musiqi biznes inkubasiya proqramı çərçivəsində ərsəyə gəlib.