https://innews.media/uploads/news/2026-04/_innews_72f16bf5e355e7ae4a0109a5b_o.jpg
Türkiyənin İstanbul şəhərində təşkil olunmuş Şotokan karate üzrə dünya çempionatı başa çatıb. Yarışda ölkəmizi təmsil edən Ülvi Məmmədov böyüklər arasında -84 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Bununla yanaşı, veteranlar (35-45 yaş) kateqoriyasında çıxış edən Elnur Əliyev bütün rəqiblərini üstələyərək qızıl medalın sahibi olub.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti çempionatda uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil edib.