logo
2000-dən çox geoloji tədqiqat işi rəqəmsallaşdırılıb

2000-dən çox geoloji tədqiqat işi rəqəmsallaşdırılıb

2000-dən çox geoloji tədqiqat işi rəqəmsallaşdırılıb 2000-dən çox geoloji tədqiqat işi rəqəmsallaşdırılıb

AMEA-nın Yer Elmləri Bölməsi üzrə aparılan işlər çərçivəsində ETN Geologiya və Geofizika İnstitutunun Geoloji fondunda saxlanılan 2000-dən artıq elmi-tədqiqat işi rəqəmsallaşdırılaraq elektron məlumat bazasına yerləşdirilib.

Rəqəmsallaşdırılan materiallar institutda və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif illərdə aparılmış geoloji, geofiziki və geodinamik tədqiqatları əhatə edir. Bu işlər Yer elmləri sahəsində elmi irsin qorunması, sistemləşdirilməsi və müasir tədqiqatlara inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, elektron baza Yer elmləri sahəsində aparılan elmi araşdırmaların keyfiyyətinin yüksəldilməsinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə və ölkənin geoloji məlumat potensialının daha səmərəli istifadəsinə xidmət edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin