logo
ADPU-da ORTAK sertifikat proqramı ilə bağlı görüş keçirilib

ADPU-da ORTAK sertifikat proqramı ilə bağlı görüş keçirilib

ADPU-da ORTAK sertifikat proqramı ilə bağlı görüş keçirilib ADPU-da ORTAK sertifikat proqramı ilə bağlı görüş keçirilib

Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin irəli sürdüyü Türk dünyası ali təhsilində ortaqlıq sertifikat proqramı - ORTAK layihəsi ilə bağlı görüş keçirilib.

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Tədris departamentinin müdiri dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, eləcə də Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin Mədəni və sosial əlaqələr departamentinin koordinatoru Sərvət Turan və mütəxəssisi Fazilə Zeynalzadə iştirak edib.

Məlumat verilib ki, ORTAK proqramının məqsədi Türk dünyasının ali təhsil müəssisələri və idarəçiləri arasında qarşılıqlı əlaqə və əməkdaşlığı gücləndirmək, eləcə də ali təhsilin idarə olunması sahəsində liderlik, bilik, bacarıq və təcrübə potensialının inkişafına töhfə vermək, həmçinin ali təhsilin idarə edilməsi istiqamətində həm tətbiqi, həm də nəzəri tədqiqatları dəstəkləməkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin