logo
ADPU-nun prorektoru və rektor müşaviri Albaniyada ETEN-in beynəlxalq simpoziumunda iştirak edirlər

ADPU-nun prorektoru və rektor müşaviri Albaniyada ETEN-in beynəlxalq simpoziumunda iştirak edirlər

ADPU-nun prorektoru və rektor müşaviri Albaniyada ETEN-in beynəlxalq simpoziumunda iştirak edirlər ADPU-nun prorektoru və rektor müşaviri Albaniyada ETEN-in beynəlxalq simpoziumunda iştirak edirlər

Albaniyanın Vlora şəhərində Vlora – Ismail Qemali Universitetində Avropa Müəllim Hazırlığı Şəbəkəsinin (ETEN) növbəti beynəlxalq simpoziumu keçirilir. “Qlobal cəmiyyət üçün aktiv vətəndaşlıq təhsili” mövzusuna həsr edilən və 22-24 aprel tarixlərini əhatə edən simpozium müxtəlif ölkələrdən olan alimləri, müəllimləri, tədqiqatçıları və təhsil sahəsi üzrə mütəxəssisləri bir araya gətirir. Simpoziumun əsas məqsədi qlobal çağırışlar fonunda təhsilin rolunu müzakirə etmək, aktiv vətəndaşlıq dəyərlərinin formalaşdırılması istiqamətində müasir yanaşmaları paylaşmaq və beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Tədbir çərçivəsində iştirakçılar təhsilə aid aktual məsələlər üzrə təşkil olunan panel müzakirələrində və tematik sessiyalarda iştirak edirlər.

Simpoziumda iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi işlər üzrə prorektoru Tural Cəlilov və rektor müşaviri Ümid Mehdiyev müvafiq hədəf qrupları üzrə müzakirələrdə iştirak edirlər.

Simpoziumun əsas mövzusu olan “Qlobal cəmiyyətdə fəal vətəndaşlıq üçün təhsil” istiqamətində çıxışlarda inklüziv təhsil, vətəndaş məsuliyyəti, demokratik dəyərlərin tədrisi və pedaqoji innovasiyalar kimi məsələlər geniş müzakirə olunur. İştirakçılar müxtəlif hədəf qrupları üzrə təcrübə mübadiləsi apararaq, müəllim hazırlığı sistemində yeni yanaşmaların tətbiqi imkanlarını dəyərləndirirlər.

Tədbir çərçivəsində keçirilən seminarlar, işçi qruplar (TIG sessiyaları) və təqdimatlar iştirakçılar arasında elmi əməkdaşlığın genişlənməsinə şərait yaradır. Bununla yanaşı, proqramda mədəni və tanışlıq xarakterli tədbirlər də yer alır ki, bu da iştirakçıların Albaniyanın tarixi və mədəni irsi ilə yaxından tanış olmalarına xidmət edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin