https://innews.media/uploads/news/2026-04/_innews_2eadbe9bbe9ede09072d0e6f0_o.jpg
Aprelin 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin təşkilatçılığı ilə “Fizika Günü’’ adlı tədbir keçirilib.
Tədbirdə ADPU rəhbərliyi, fakültə dekanları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirin sərgi hissəsində tələbələrin hazırladıqları cihazlar, layihələr, STEAM robotları, müxtəlif materiallardan dizayn edilmiş modellər, Texnologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqları əl işləri, müxtəlif materiallardan dizayn edilmiş modellər və kulinariya məhsulları nümayiş etdirilib.
Tədbirin bədii hissəsində tələbələrin ifasında maraqlı rəqs kompozisiyaları, əyləncəli səhnəciklər nümayiş olunub.