AQC DİM imtahanlarına hazırlıq kurslarına başlayır - QEYDİYYAT QAYDALARI
AQC DİM imtahanlarına hazırlıq kurslarına başlayır - QEYDİYYAT QAYDALARIAQC DİM imtahanlarına hazırlıq kurslarına başlayır - QEYDİYYAT QAYDALARIhttps://innews.media/az/news/id-60910
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC), Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək növbəti ixtisas imtahanlarına hazırlaşan namizədlər üçün II hazırlıq kursunu elan edir.
1 may 2026-cı il tarixindən etibarən fəaliyyətə başlayacaq kurslar, qiymətləndirmə sahəsində nəzəri və praktiki biliklərin təkmilləşdirilməsi, eləcə də imtahan prosesinə tam hazır olmaq istəyən şəxslər üçün nəzərdə tutulub.
Tədris Proqramı haqqında:
Mühazirəçilər: Dərslər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) peşəkar müəllim heyəti tərəfindən aparılacaq.
Müddət: Kurs 10 dərsi əhatə edir.
Məkan: Təlimlər AQC-nin Bakı şəhərindəki mərkəzi ofisində keçiriləcək.
Sertifikat: Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq.
Tələb olunan sənədlər:
Kursda iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri skan edilmiş formada info@aqc.az elektron ünvanına göndərməlidirlər:
Şəxsiyyət vəsiqəsinin surəti;
Ali təhsil haqqında diplomun surəti.
İştirak haqqı və Ödəniş:
AQC üzvü olan şirkətlərin nümayəndələri üçün: 300 AZN
Digər iştirakçılar üçün: 500 AZN
Ödəniş qaydası: Ödənişlər müqavilə əsasında, yalnız köçürmə yolu ilə həyata keçirilir.
Əlaqə və Ünvan:
Suallarınız və qeydiyyat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ələddin Quliyev küç. 11/31, “B” girişi, 10-cu mərtəbə, 2 saylı ofis.