logo
ADPU tələbələri Neft-Kimya Prosesləri İnstitutunda təcrübə dərslərinə başlayıblar

ADPU tələbələri Neft-Kimya Prosesləri İnstitutunda təcrübə dərslərinə başlayıblar

ADPU tələbələri Neft-Kimya Prosesləri İnstitutunda təcrübə dərslərinə başlayıblar ADPU tələbələri Neft-Kimya Prosesləri İnstitutunda təcrübə dərslərinə başlayıblar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin tələbələri Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda təcrübə dərslərinə başlayıblar. ADPU-nun Kimya və biologiya fakültəsi ilə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planına uyğun olaraq fakültə tələbələri fakültənin dekan müavini dosent Bəsti Əsədovanın rəhbərliyi ilə sözügedən institutda təcrübə dərslərində başlayıblar.

Tələbələr institutun baş direktoru akademik Vaqif Abbasovla görüşərək, institutun yaranma tarixi, əsas elmi istiqamətləri və fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.

Görüş çərçivəsində tələbələr institutun nəzdində fəaliyyət göstərən laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olaraq, əldə etdikləri nəzəri bilikləri praktiki mühitdə möhkəmləndirmək imkanı qazanıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin