https://innews.media/uploads/news/2026-04/_innews_558abea3d454beeb370dc9cba_o.jpg
Ölkənin aparıcı kibertəhlükəsizlik şirkəti "B&B Security" tərəfindən ilk dəfə təşkil olunan beynəlxalq "360° Cyber" günü uğurla həyata keçirilib. Sürətlə dəyişən rəqəmsal dünyada kibertəhlükəsizlik çağırışlarının müzakirəsinə həsr olunan tədbir 400-dən çox peşəkarı bir araya gətirib və gələcəkdə hər il keçirilməsinin planlaşdırıldığı bütün tədbir iştirakçıları ilə paylaşılıb.
Tədbirdə Azərbaycanın dövlət və özəl sektorunu təmsil edən iştirakçılarla yanaşı, Türkiyə, Özbəkistan, İsrail, Kanada, BƏƏ və Ukraynadan olan qonaqlar da iştirak ediblər.
Açılış nitqi ilə "B&B Security" şirkətinin İdarə Heyətinin Sədri Nazim Qasımzadə qonaqları salamlayaraq, şirkətin fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Tədbirin xüsusi qonağı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov çıxışında ölkə səviyyəsində kibertəhlükəsizlik üzrə prioritet istiqamətlər və mövcud çağırışlar barədə mövzulara toxunub.
"31 Concept" şirkətinin strategiya üzrə baş müdiri Jochanan Sommerfeld qlobal tendensiyaları və təşkilatların kibertəhdidlərə hazırlıq strategiyalarını paylaşıb.
"B&B Security"nin 360° yanaşması
Tədbir çərçivəsində "B&B Security" şirkətinin kibertəhlükəsizlik sahəsindəki fərqləndirici mövqeyi - tam həyat dövrünü əhatə edən 360° xidmət modeli iştirakçılara təqdim edildi. Şirkətin regionda rəqabət üstünlüyünü təmin edən bu yanaşma, kibertəhlükəsizliyi ayrı-ayrı həllər toplusu kimi deyil, vahid və ardıcıl bir idarəetmə sistemi kimi təqdim edir. Bundan əlavə, müasir kibertəhdidlərə qarşı mübarizədə süni intellekt texnologiyalarından strateji istifadənin əhəmiyyəti xüsusi vurğulanıb.
Təqdimatlar və panel müzakirələri
Tədbir çərçivəsində "B&B Security" şirkətinin baş icraçı direktorun kommersiya üzrə müavini Anar Xanəliyev, baş icraçı direktorun İnformasiya Təhlükəsizliyi üzrə müavini Vüsal Ramazanlı və şirkətin İnformasiya təhlükəsizliyi üzrə baş müdiri Aydın Qurbanlı tərəfindən təşkilatların qarşılaşdığı real təhlükə ssenariləri və onların idarə olunması üzrə yanaşmalar təqdim olunub.
"Kibertəhlükəsizlik təcrübədə: riskdən reaksiyaya doğru" adlı ilk panel Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İcraçı direktoru Rauf Cabarovun moderatorluğu ilə keçirildi və B&B Security ekspertləri - İdarəetmə, Risk və Uyğunluq şöbəsinin rəhbəri Daşqın Lazımov, Kiberhücum əməliyyatları şöbəsinin rəhbəri Cəbrayıl Tağıyev və Kibermüdafiə əməliyyatları şöbəsinin rəhbəri Rəşid Məmmədrzayev tərəfindən real təhdid ssenariləri və tətbiq yönümlü yanaşmalar çərçivəsində geniş şəkildə təhlil edilib.
İkinci paneldə isə "Kibertəhlükəsizliyin gələcəyi, süni intellekt əsaslı hücumlara qarşı strategiyalar və bu mübarizədə insan, proses və texnologiyanın rolu" mövzusu diqqət mərkəzində oldu. Panel "B&B Security" şirkətinin Kommersiya üzrə baş müdiri Hüseyn Nəcəfzadənin moderatorluğu ilə təşkil olundu və "Techpro DC", "Cymulate", "Check Point" və "Bakotech" şirkətlərində nümayəndələrin iştirakı ilə keçirilib.
Qlobal tərəfdaşların iştirakı
Tədbirdə "Commvault", "Opinnate", "Splunk" şirkətlərinin nümayəndələri sifarişçilər üçün ilk dəfə çıxış edərək qabaqcıl texnologiyalar və real tətbiq ssenariləri barədə məlumat verdilər. "CyberArk" şirkətinin nümayəndəsi isə təqdimatında kibertəhlükəsizliyin gələcəyində kimlik əsaslı yanaşmanın rolunu xüsusilə vurğuladı.
Tədbirin tərəfdaşları
"B&B Security" tədbirin həyata keçirilməsində dəstək göstərən bütün tərəfdaş şirkətlərinə təşəkkürünü bildirib: AKTA, "Splunk", "Commvault", "Opinnate", "CyberArk", "Cymulate", "CrowdStrike", "Fortinet", "Forcepoint", "Check Point", "Techpro DC", "Softprom" və "Bakotech".