logo
CASCFEN-in yeni üzvlərinə vəsiqələr təqdim edilib

CASCFEN-in yeni üzvlərinə vəsiqələr təqdim edilib

CASCFEN-in yeni üzvlərinə vəsiqələr təqdim edilib CASCFEN-in yeni üzvlərinə vəsiqələr təqdim edilib

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi təşkilatlanma prosesində yeni mərhələni uğurla davam etdirir. Bu barədə təşkilatın sədr müavini Fikrət Əliyev ilə CASCFEN-ə üzv qəbul olunmuş gənclərin görüşündə ətraflı məlumat verilib.

İctimai Birliyin Mətbuat xidmətindən “innews media” verilən məlumatına əsasən, görüşü giriş sözü ilə açan CASCFEN sədri Nadir Azəri qeyd edib ki, hazırda iqtisadi rayonlar üzrə təmsilçiliklər yaradılır, eyni zamanda həmin təmsilçiliklərə bağlı rayonlarda üzvlərin qəbulu prosesi aparılır. Bununla yanaşı, Türk dünyasını əhatə edən ölkələrdə də nümayəndəliklərin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Yaxın günlərdə qardaş Türkiyədə Ege bölgəsi üzrə nümayəndəliyin rəsmi fəaliyyətə başlaması gözlənilir. Növbəti mərhələdə isə Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Qırğızıstan və Özbəkistanda nümayəndəliklərin açılması planlaşdırılır.

Sonra çıxış edən Fikrət Əliyev vurğulayıb ki, təşkilat ötən dövr ərzində, xüsusilə son iki-üç ildə Türk dünyası ilə əməkdaşlığın gücləndirilməsi, Güney Qafqaz və Orta Asiya arasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində həyata keçrilən siyasətə dəstək olaraq mühüm addımlar atıb. Onun sözlərinə görə, təşkilat bu gün artıq Türk dünyasında aparıcı ictimai platformalardan birinə çevrilməkdədir.

Fikrət Əliyev, həmçinin gənclərin təşkilata üzv olmasını yüksək qiymətləndirərək bildirib ki, bu, onlar üçün böyük imkanlarla yanaşı, ciddi məsuliyyət də yaradır. Gənclər CASCFEN-in dəyərlərini qoruyaraq, onun fəaliyyətini daha da genişləndirməli və inkişaf etdirməlidirlər.

Görüşün sonunda yeni üzvlərə vəsiqələr təqdim olunub və xatirə şəkli çəkilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin