logo
“Bəkir Çobanzadə: Budapeşt illəri” - ADPU-da kitab təqdimatı

“Bəkir Çobanzadə: Budapeşt illəri” - ADPU-da kitab təqdimatı

“Bəkir Çobanzadə: Budapeşt illəri” - ADPU-da kitab təqdimatı “Bəkir Çobanzadə: Budapeşt illəri” - ADPU-da kitab təqdimatı

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim, diplomat və yazıçı Vilayət Quliyevin “Bəkir Çobanzadə: Budapeşt illəri” kitabının təqdimatı keçirilib.

Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimini giriş sözü ilə açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova nəşrin türkoloji fikir tarixinin görkəmli nümayəndələrindən biri olan Bəkir Çobanzadənin həyatı və elmi fəaliyyətinin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, kitab alimin Budapeştdə keçirdiyi illərə, onun elmi formalaşmasına, beynəlxalq akademik əlaqələrinə və türkoloji fəaliyyətinə yeni baxış təqdim edir.

ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq universitetdə belə təqdimatların keçirilməsinin əhəmiyyətini qeyd edib, həmçinin Vilayət Quliyevin “Bəkir Çobanzadə Budapeşt illəri” kitabını yüksək qiymətləndirərək alimin çoxşaxəli elmi-publisistik araşdırmalarından söz açıb.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Ədəbiyyat kafedrasının müdiri  dosent Razim Məmmədov, professor Təyyar Salamoğlu, professor Yaqub Babayev və başqaları çıxış edərək nəşrin elmi dəyərini qeyd edib, onun Azərbaycan elminə mühüm töhvə olduğunu vurğulayıb, Bəkir Çobanzadə irsinin öyrənilməsində vacib mənbə olduğunu bildiriblər.

Təqdimat mərasimində çıxış edən əsərin müəllifi Vilayət Quliyev kitabın ərsəyə gəlmə prosesindən söz açıb, həmçinin əsərdə Bəkir Çobanzadənin həyatının az araşdırılmış bir dövrünün işıqlandırıldığını bildirib.

Tədbir kitab ətrafında müzakirələrlə davam edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin