https://innews.media/uploads/news/2026-04/_innews_9baa428c0cbf192212f70ae90_o.jpg
Azərbaycanda hüquq sahəsində fəaliyyət göstərən xanım vəkillər arasında xarici dilləri bilənlərin sayı diqqət çəkir. Xüsusilə Rus və İngilis dilləri istisna olmaqla digər dilləri bilən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan xanımların siyahısı kifayət qədər zəngindir.
Modern.az-ın əldə etdiyi məlumata görə, Kollegiya üzvləri arasında fransız, alman, ispan, ərəb, fars, gürcü və isveç dillərini bilən xanım vəkillər fəaliyyət göstərir.
Ən çox yayılmış dillərdən biri fransız dilidir. Bu dili bilən vəkillər arasında Darçınova Lalə, Xəlilova Nihal, Bədəlova Ülviyyə, Hüseynova Aynur, Həşimova Nüşabə, Tağıyeva Esmira, Əhmədova Aysel, Cəfərli Günay, Rzayeva Esmira və Baxşıyeva Günel yer alır.
Bununla yanaşı, ispan dili üzrə də bir neçə vəkil fəaliyyət göstərir. Əsədova Səma, Tağıyeva Samirə, Ağayeva Gülər, Abidova Xədicə və Eyyubova Mehriban bu dili bilən hüquqşünaslar sırasındadır.
Alman dilini bilən xanım vəkillərin sayı da kifayət qədərdir. Həsənova Səriyyə, Nəcəfova Şövkət, Babayeva Aydan, Hüseynova Gülnar, Əliyeva Gülnar, Tağısoy Rukiyyə, Hüseynova Nailə, İsmayılzadə Əminə, Qədirova Vəfa və Əsgərova Aysel bu kateqoriyaya daxildir.
Digər dillər üzrə isə Rzayeva Esmira (gürcü), İsayeva Ruhiyyə (isveç), Yaqubova Könül (ərəb) və Axundova Dilarə (fars) fərqlənir.
Mütəxəssislərin fikrincə, müxtəlif xarici dilləri bilən vəkillərin mövcudluğu beynəlxalq hüquqi əməkdaşlığın genişlənməsi, xarici vətəndaşlara hüquqi xidmətlərin göstərilməsi və qlobal hüquq mühitinə inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.
Beləliklə, Azərbaycan vəkilləri arasında çoxdillilik tendensiyası getdikcə güclənir və bu da hüquq sisteminin inkişafına müsbət təsir göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında ən çox xarici dil bilən xanım vəkil Esmira Rzayevadır. O Türk, Gürcü, Fransız, Rus və İngilis dillərini bilir.