logo
Səudiyyə Ərəbistanının Əl-Xobar şəhərində Azərbaycanın zəngin mədəni irsi nümayiş olunub

Səudiyyə Ərəbistanının Əl-Xobar şəhərində Azərbaycanın zəngin mədəni irsi nümayiş olunub

Səudiyyə Ərəbistanının Əl-Xobar şəhərində Azərbaycanın zəngin mədəni irsi nümayiş olunub Səudiyyə Ərəbistanının Əl-Xobar şəhərində Azərbaycanın zəngin mədəni irsi nümayiş olunub

Səudiyyə Ərəbistanının Əl-Xobar şəhərində yerləşən "Inspire International School" beynəlxalq məktəbində keçirilən “Mədəniyyət Günü”  tədbirində Azərbaycanın zəngin mədəni irsi nümayiş olunub.

Müxtəlif xalqların mədəni irsini tanıdan, şagirdlər arasında multikultural dəyərləri təşviq edən və fərqli ölkələrin ənənələrini bir araya gətirən tədbirdə Azərbaycan guşəsi qurulub. Guşədə ölkəmizin milli atributları, ənənəvi geyimləri və zəngin mətbəx nümunələri nümayiş etdirilib. Ziyarətçilərə Azərbaycanın tarixi, adət-ənənələri və mədəni müxtəlifliyi barədə ətraflı məlumat verilib. Eyni zamanda fonda səsləndirilən milli musiqimiz də iştirakçılarda maraq doğurub. Onlar Azərbaycan mədəniyyətinin özünəməxsusluğu, zənginliyi və rəngarəngliyi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin