https://innews.media/uploads/news/2026-04/_innews_6f0c55a57e00026a37e1b1cb5_o.jpg
11 Aprel tarixində Xankəndində Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsində “Karabakh Training Center” və “World” Təhsil və İnkişaf Platformasının birgə təşkilatçılığı ilə “VətəndəSən” adlı təhsil forumu reallaşıb.
Forumda 150-dən çox təhsil işçisi, sahibkar, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi tərəfdaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA).
Forumun panel müzakirələrində Dövlət Vergi Xidməti və Dövlət Məşğulluq Agentliyinin rəhbərliyi işğaldan azad olunmuş ərazilərdə tətbiq olunan vergi güzəştləri, sosial sığorta stimulları və məşğulluq proqramları haqqında geniş məlumat veriblər. Forumun rəqəmsal tərəfdaşı “Rabitəbank”ın nümayəndəsi isə sahibkarlar üçün təklif olunan xüsusi xidmətləri təqdim edib.
Forum regiondakı quruculuq prosesinə töhfə verən bir çox qurumun dəstəyi ilə baş tutub:
- Rəsmi tərəfdaş: KOBİA
- Rəqəmsal tərəfdaş : Rabitəbank
- Mədəni irsi tərəfdaş: “Qadınların İnkişafına və Maarifləndirməsinə Dəstək” İctimai Birliyi
- Baş və Xüsusi sponsorlar: Positive Psixologiya Mərkəzi və ID Tech Academy
- Sponsorlar: Karabakh Eco Tour, Cahan Hotel, Kübar Restoranı, Able Kids uşaq bağçası, Shams Translation, Palitra Çap Mərkəzi , Fiday Uşaq İnkişaf Mərkəzi, Xankəndi Ticarət Mərkəzi və Seledu Academy
- Media tərəfdaşları: Elegant Media və Adalia media agentliyi Ümumilikdə 10 məruzəçinin çıxış etdiyi forum gənclər və iş dünyası arasında səmərəli şəbəkələşmə (networking) ilə yekunlaşıb.
11 Aprel tarixi Qarabağda keçirilən Təhsil işçilərinin forumu regionda Təhsilin inkişafı, bu sahədə sahibkarlığın təşviqi və yenidən canlanmanın stimullaşdırılması üçün əhəmiyyətli tədbir olmaqla yadda qaldı. Forum üçün Bakıdan Qarabağa gəlmiş 100 ə yaxın təhsil və maariflənmə sahəsində fəaliyyət göstərən qonaqlar 2 ci gün Şuşa şəhərinə səfər edərək xatirə şəkilləri çəkdirib və şəhərin abidələri, məşhur yerləri ilə bələdçilər tərəfindən məlumatlandırılaraq yaxından tanış olublar.