logo
ADPU-da “Bir masa - min ümid” adlı xeyriyyə yarmarkası keçirilib

ADPU-da “Bir masa - min ümid” adlı xeyriyyə yarmarkası keçirilib

ADPU-da “Bir masa - min ümid” adlı xeyriyyə yarmarkası keçirilib ADPU-da “Bir masa - min ümid” adlı xeyriyyə yarmarkası keçirilib

Aprelin 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsində “Bir masa – min ümid” adlı xeyriyyə yarmarkası təşkil olunub.

Tədbirdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, universitetin struktur rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Yarmarkanın açılış mərasimində çıxış edən dosent Könül Həsənova belə təşəbbüslərin tələbələrdə sosial məsuliyyət hissinin formalaşmasına, xeyriyyəçilik ənənələrinin təşviqinə mühüm töhfə verdiyini vurğulayıb və tədbirin əhəmiyyətindən bəhs edib.

Tədbir çərçivəsində tələbələr tərəfindən hazırlanmış müxtəlif qida məhsulları, şirniyyatlar və əl işlərindən ibarət satış sərgisi təşkil olunub. Yarmarka iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Eyni zamanda proqram çərçivəsində tələbələrin ifasında rəqs nömrələri təqdim olunub, bu da tədbirə xüsusi rəng qatıb.

Qeyd edək ki, yarmarkanın keçirilməsində əsas məqsəd xeyriyyəçilik fəaliyyətini genişləndirmək, ehtiyacı olanlara dəstək olmaq və tələbələr arasında həmrəylik mühitini gücləndirməkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin