logo
İRİA ölkədə oyun ekosisteminin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığını genişləndirir

İRİA ölkədə oyun ekosisteminin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığını genişləndirir

İRİA ölkədə oyun ekosisteminin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığını genişləndirir İRİA ölkədə oyun ekosisteminin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığını genişləndirir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla” şirkətinin tərəfdaşlığı ilə Azərbaycandan olan oyun studiyalarının bu il 17 – 19 may tarixlərində Polşanın Krakov şəhərində keçiriləcək “Digital Dragons 2026” beynəlxalq oyun konfransında iştirakı üçün müraciət qəbulu açıq elan edilib. Bu tədbirdə oyun studiyaları öz layihələrini təqdim edərək beynəlxalq bazarlara çıxış əldə etmək, qlobal oyun sənayesinin aparıcı nümayəndələri ilə əlaqə qurmaq və Azərbaycanın oyun ekosistemini dünya səhnəsində tanıtmaq fürsətindən faydalanacaqlar.

Belə ki, “Digital Dragons 2026” beynəlxalq oyun konfransında iştirakın seçim mərhələsini uğurla tamamlayan 4 oyun studiyasının səfər və yerləşmə xərcləri qarşılanacaq. Bununla yanaşı, oyun komandaları tədbirdə çoxsaylı investor və sənaye liderləri önündə təqdimata hazırlıq məqsədilə İRİA və “Xsolla”nın ekspert və mentor dəstəyindən yararlana biləcəklər.

Müraciətlərin qəbulu 8 aprel tarixində başlayır və 15 aprel saat 23:59-dək davam edəcək.

Daha ətraflı məlumat və tədbirdə iştirak üçün bu linkə keçid edə bilərsiniz: Digital Dragons 2026 Roadshow Application

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin