logo
Bakı metrosunda yeni piyada keçidi: “28 May”da sıxlıq azalacaq

Bakı metrosunda yeni piyada keçidi: “28 May”da sıxlıq azalacaq

Bakı metrosunda yeni piyada keçidi: “28 May”da sıxlıq azalacaq Bakı metrosunda yeni piyada keçidi: “28 May”da sıxlıq azalacaq

Bakı Metropolitenində “Yaşıl” və “Qırmızı” xətlərin ayrılmasından sonra sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə mühüm infrastruktur layihəsi həyata keçirilir.

“innews media” xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, xətlərin müstəqil fəaliyyəti nəzərdə tutulduğundan “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında keçidlərin optimallaşdırılması prioritet istiqamətlərdəndir. Bildirilib ki, inşa olunan yeni piyada keçidi “Cəfər Cabbarlı” stansiyasının platformasına birbaşa, sürətli və ən qısa çıxışı təmin edəcək.

M.Rzayev qeyd edib ki, layihə sərnişin axınının daha səmərəli tənzimlənməsinə imkan yaradacaq. Belə ki, yeni keçid vasitəsilə sərnişin axını “Dərnəgül” və “Xətai” istiqamətləri üzrə bölünəcək, nəticədə “28 May” stansiyasında sıxlıq azalacaq və hərəkət daha nizamlı təşkil olunacaq.

Departament rəisi əlavə edib ki, yeni keçid sərnişinlərin giriş-çıxışını da xeyli asanlaşdıracaq. Sərnişinlər “Cəfər Cabbarlı” stansiyası vasitəsilə “28 May” platformasına daha qısa müddətdə və rahat şəkildə daxil ola biləcəklər ki, bu da ümumi hərəkət rahatlığını artıracaq.

Qeyd olunub ki, layihə üzrə tikinti işlərinin əsas mərhələsi artıq tamamlanıb. Tunelin qazıntı işləri və metal konstruksiyanın quraşdırılması yekunlaşıb, hazırda platforma ilə birləşmə hissəsində işlər davam etdirilir. Eyni zamanda, pilləkənlərin quraşdırılması üzrə hazırlıq işləri aparılır. Layihənin son mərhələsində üzləmə işlərinin görülməsi nəzərdə tutulur və yeni piyada keçidinin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin