logo
ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı layihəsi müzakirə olunub

ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı layihəsi müzakirə olunub

ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı layihəsi müzakirə olunub ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı layihəsi müzakirə olunub

Aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  11 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin nəticələri əsasında ADPU-da hazırlanmış “Tədbirlər Planı”nın layihəsinin müzakirəsi keçirilib.

İclasda universitetin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak ediblər. Tədbirin məqsədi dövlət səviyyəsində müəyyən edilmiş rəqəmsal inkişaf prioritetlərindən irəli gələn vəzifələrin universitet müstəvisində icrasını təmin etmək üçün hazırlanmış fəaliyyət istiqamətlərinin müzakirəsi olub.

İclas çərçivəsində Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı əsasında ADPU üçün hazırlanmış “Tədbirlər Planı”nın layihəsi təqdim edilib. Sənəddə universitetdə rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi, idarəetmədə müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, elektron xidmətlərin inkişafı, məlumat bazalarının inteqrasiyası, eləcə də tədris və inzibati proseslərdə rəqəmsal həllərin tətbiqi istiqamətində nəzərdə tutulan tədbirlər öz əksini tapıb.

Müzakirələr zamanı layihənin məzmunu ətraflı şəkildə təhlil olunub, onun mövcud institusional imkanlara və strateji hədəflərə uyğunluğu qiymətləndirilib. İştirakçılar tərəfindən layihənin daha da təkmilləşdirilməsi məqsədilə bir sıra əsaslandırılmış təkliflər irəli sürülüb. Xüsusilə, rəqəmsal infrastrukturun gücləndirilməsi, vahid informasiya mühitinin formalaşdırılması, kibertəhlükəsizlik tədbirlərinin genişləndirilməsi, eləcə də insan resurslarının rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi kimi məsələlər diqqət mərkəzində olub.

Bununla yanaşı, fəaliyyət planının icrası prosesində struktur bölmələr arasında səmərəli koordinasiyanın təmin edilməsi, icra mexanizmlərinin dəqiq müəyyənləşdirilməsi, eləcə də monitorinq və qiymətləndirmə alətlərinin tətbiqi zəruriliyi qeyd edilib.

Müzakirələrin yekununda “Tədbirlər Planı (layihə)”nın səsləndirilmiş təkliflər nəzərə alınmaqla İşçi Qrup səviyyəsində təkmilləşdirilməsi və yekun müzakirəyə çıxarılaraq qəbul edilməsi, qərara alınıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin