logo
Hədəf Liseyində “Valideyn Akademiyası” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Hədəf Liseyində “Valideyn Akademiyası” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Hədəf Liseyində “Valideyn Akademiyası” layihəsi çərçivəsində növbəti görüş keçirilib Hədəf Liseyində “Valideyn Akademiyası” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadiqin təşəbbüsü ilə həyata keçirilən “Hədəfdə Valideyn Akademiyası” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş təşkil olunub. Tədbirdə valideynlər, müəllimlər və məktəb rəhbərliyi iştirak edərək müasir təhsil mühitində aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı müasir təhsilin dəyişən mahiyyəti, şagirdlərdə analitik düşüncə, bacarıq və müstəqil qərarvermə qabiliyyətlərinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Tədbirdə liseydə tədris mühitinin inkişafı, təhsil formalarının təkmilləşdirilməsi, showroom tipli sinif modellərinin tətbiqi, qidalanma şəraitinin yaxşılaşdırılması kimi məsələlərə də toxunulub. Bununla yanaşı, şagirdlərin əlavə hazırlıq yükü ilə liseyə olan güvən arasında balansın qorunması, qəbul və olimpiada nəticələrinin təhlili, güclü müəllim heyətinin cəlb olunması və mövcud kadrların qorunması məsələləri müzakirə edilib.

Rəqəmsal idarəetmə və valideynlərlə kommunikasiya istiqamətində E-school sisteminin təkmilləşdirilməsi, məlumatların operativ və şəffaf şəkildə paylaşılması vacib prioritetlər kimi qeyd olunub. Eyni zamanda International Baccalaureate (IB) modelinin tətbiqi imkanları, analitik qiymətləndirmə mexanizmləri və şagird nailiyyətlərinin obyektiv dəyərləndirilməsi məsələlərinə də diqqət yetirilib.

Görüşdə Çin dili dərnəyinin yaradılması və ikinci xarici dil seçimlərinin artırılması imkanları da nəzərdən keçirilib.

Tədbirin ikinci hissəsində Hədəf Liseyinin psixoloqu Ayna Sabenli tərəfindən “Stressiz təhsil” mövzusunda interaktiv müzakirə aparılıb. Müzakirələr zamanı şagirdlərin üzləşdiyi psixoloji yüklənmələr, stress faktorları və onların akademik və emosional inkişafına təsiri izah olunub.

Valideynlərin gözləntilərinin düzgün tənzimlənməsi, uşaqlarla sağlam ünsiyyət qurulması, motivasiyaedici yanaşmaların tətbiqi və ev mühitində dəstək mexanizmlərinin formalaşdırılması ilə bağlı praktiki tövsiyələr verilib. Görüş interaktiv formatda davam edib, valideynlərin sualları cavablandırılıb və real həyat nümunələri üzərindən müzakirələr aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin