https://innews.media/uploads/news/2026-04/_innews_128ca94087e862a0d003167fc_o.jpg
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.
Müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 3-9 aprel tarixlərində müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər.
İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:
-Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);
- Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);
- Diplomun surəti;
- Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.
Müsabiqədə iştirak etmək istəyən namizədlər ərizə forması və vakant yerlər barədə məlumatla aşağıdakı link vasitəsilə tanış ola bilərlər.
https://baku.edu.gov.az/az/page/9/7957