logo
Azərbaycanlı alim beynəlxalq konfransda öz fəlsəfi sistemini təqdim edib

Azərbaycanlı alim beynəlxalq konfransda öz fəlsəfi sistemini təqdim edib

Azərbaycanlı alim beynəlxalq konfransda öz fəlsəfi sistemini təqdim edib Azərbaycanlı alim beynəlxalq konfransda öz fəlsəfi sistemini təqdim edib

Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə 66-cı Beynəlxalq Fenomenologiya Konqresində iştirak edib.

Dünya Fenomenologiya İnstitutu və İtaliyanın İULM Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin budəfəki mövzusu “Dayanıqlı gələcək üçün eko-təxəyyül” olub. Üç gün davam edən konqresdə Könül Bünyadzadə “Eko-təxəyyül və sufi fenomenologiya” mövzusunda məruzə ilə çıxış edib. Konqresin “İslam” seksiyasında məruzəsini təqdim edən alim eko-təxəyyülünü özünün yeni fəlsəfi sisteminin işığında təhlil edib. Məsələyə kompleks yanaşan Könül Bünyadzadə qeyd edib ki, məqsədimiz insan düşüncəsinin yeni imkanlarını öyrənmək və bəşəriyyətin hazırda üzbəüz qaldığı mənəvi və düşüncə böhranından çıxış yollarını araşdırmaqdır.

Azərbaycanlı alimin yeni fəlsəfi sistemi iştirakçılar tərəfindən maraqla qarşılanıb və müəllifə suallar ünvanlanıb.

Məlumat üçün bildirək ki, Könül Bünyadzadə artıq iki ildir ki, beynəlxalq konfrans və simpoziumlarda özünün yeni fəlsəfi sistemini təqdim etməklə yanaşı, həm də bu mövzuda yüksək indeksli jurnallarda məqalələr çap etdirir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media