logo
24 tələbə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində istehsalat təcrübəsinə cəlb olunub

24 tələbə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində istehsalat təcrübəsinə cəlb olunub

24 tələbə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində istehsalat təcrübəsinə cəlb olunub 24 tələbə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində istehsalat təcrübəsinə cəlb olunub

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti və "Odlar Yurdu" Universitetinin "Sosial iş" ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Mərkəzin fəaliyyətilə yaxından tanışlıq imkanı qazanıblar.

Təcrübə proqramı çərçivəsində tələbələr Sosial-pedaqoji inkişaf və psixoloji dəstək departamentinin əməkdaşları tərəfindən həssas qruplarla iş, inklüziv mühitdə yaradıcılıq prosesilə yaxından tanış olurlar.

Gənclərin gələcək fəaliyyətlərinə dəstək məqsədilə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Mikayıl Tağıyev peşə və karyera seçimi, əmək bazarının müasir tələbləri və digər mövzularda maarifləndirici təqdimatlar edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ali təhsil müəssisələri arasındakı əməkdaşlığa əsasən, 16 fevraldan başlayan təcrübə proqramı iyul ayınadək davam edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin