https://innews.media/uploads/news/2026-04/_innews_aae0b3b1cbbfa2354f2b6ffd3_o.jpg
Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Balakən–Bakı marşrutu üzrə hərəkət edən gecə qatarlarında sərnişinlərin rahatlığını artırmaq məqsədilə yeni dayanacaqlar müəyyən edib.
Məlumata görə, 1 aprel tarixindən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır. Bu yenilik daha çox sərnişinin gecə qatarlarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.
Bildirilib ki, yeni dayanacaqların əlavə olunması ilə əlaqədar hərəkət qrafiki də yenilənib: https://ticket.ady.az/az/yeni-hereket-cedveli
Qeyd edək ki, həyata keçirilən dəyişikliklər regionlararası nəqliyyat əlçatanlığının artırılmasına və sərnişin məmnuniyyətinin yüksəldilməsinə xidmət edir.