logo
Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun 12-ci Nəqliyyat Statistikası Görüşündə fəal iştirak edib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun 12-ci Nəqliyyat Statistikası Görüşündə fəal iştirak edib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun 12-ci Nəqliyyat Statistikası Görüşündə fəal iştirak edib Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun 12-ci Nəqliyyat Statistikası Görüşündə fəal iştirak edib

Azərbaycan Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının mənzil-qərargahında keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub.

Tədbirdə BNF-nin builki zirvə toplantısının “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusuna uyğun olaraq nəqliyyat sektorunda dayanıqlılığın gücləndirilməsi və gələcəyə yönələn siyasətlərin formalaşdırılmasında məlumat və statistikanın rolu müzakirə edilib.  

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Əliş İsmayılov nəqliyyat siyasətində daha proaktiv və gələcəyə yönələn yanaşmaların əhəmiyyətini vurğulayıb. Texnologiyanın nəqliyyat sistemlərinin dayanıqlılığının artırılmasında və qeyri-müəyyənliklərin idarə edilməsində əsas alət olduğu diqqətə çatdırılıb.

Görüşdə Bakı şəhərinin “Rəqəmsal əkiz”i layihəsi çərçivəsində məlumatların toplanması və inteqrasiyası prosesi, istifadə olunan texnoloji həllər, eləcə də “rəqəmsal əkiz”in nəqliyyat planlaşdırılması, optimallaşdırılması və infrastruktur qərarlarının qəbulunda tətbiqi barədə məlumat verilib.

Həmçinin süni intellektin rəsmi statistikaya təsiri, sektorlararası məlumatların nəqliyyat siyasətinə inteqrasiyası, məlumatların toplanması və ölçülməsi üzrə innovativ yanaşmalar müzakirə olunub.

Azərbaycan bu görüşdə fəal iştirakı ilə BNF-yə sədrliyi çərçivəsində məlumat əsaslı, dayanıqlı və gələcəyə yönələn nəqliyyat sistemlərinin təşviqinə, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin